Рубрика: Biznes xəbərləri

Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edib

11.02.2020
Türkiyənin İzmir şəhərində 15-ci Beynəlxalq Kənd Təsərrüfatı və heyvandarlıq sərgisi keçirilib. Sərgidə Azərbaycan tərəfdən Dövlət Toxum Fondunun sədri Emin Əliyev, sədr müavini Elton Əbdurəhmanov, Satış və biznesin inkişafı şöbəsinin müdiri Mədinə Əliyeva iştirak edib. Əkinçilik və heyvandarlıq sahəsinə həsr olunmuş sərgidə 70 ölkədən 854  şirkət öz məhsullarını nümayiş etdirib...
read more

Daha bir “ToxumArt” mağazası Bərdədə açılıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu fermerlərin sertifikatlı toxumlara və aqrotexniki qulluq vasitələrinə olan tələbatlarını ödəmək məqsədilə daha bir toxum mağazasını təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mazağa Bərdədə açılıb. Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Bərdə rayon İcra Hakimiyətinin rəsmiləri, və...
read more

В Азербайджане взят уверенный курс на развитие семенной индустрии (Интервью)

БАКУ /Trend/ - В интервью Trend Председатель Государственного семенного фонда (ГСФ) Эмин Алиев рассказал о работах проведенных по линии ГСФ в минувшем году в сфере импорта и производства новых семян в Азербайджане, а также о планах в текущем...
read more

Dövlət Toxum Fondunun tabeliyində olan zavodlarda 5000 ton toxum emal olunub

21.11.2019
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında mövsüm ərzində 5000 ton yerli və xarici toxum emal olunub. Müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 25000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər. Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, kənd təsərrüfatı...
read more

Daha bir “ToxumArt” mağazası Zaqatalada açılıb

“ToxumArt” əmtəə nişanı altında daha bir mağaza açılıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu daha bir toxum mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mazağa Zaqatalada açılıb. “Dövlət - Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal...
read more

DÖVLƏT TOXUM FONDU BEYNƏLXALQ SƏRGİDƏ TƏMSİL OLUNUB

27.06.2019
Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti tərəfindən İngiltərənin Lincolnshire şəhərində kənd təsərrüfatı texnikalarının sərgisi keçirilib. Dövlət Toxum Fondunun Satış və biznesin inkişafı şöbəsinin müdiri Elton Əbdurəhmanov sərgidə Fondu təmsil edib. Əkin sənayesinə həsr olunmuş sərgidə 370-dən çox lider şirkətin texnikaları nümayiş etdirilib və 20 000-dən artıq iştirakçı...
read more

İLK MİLLİ TOXUM BRENDİ YARADILIB

27.06.2019
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ilk toxum mağazasını fermerlərə təqdim edib. Mağaza “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərir. Məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir. İlk toxum mağazası Xaçmaz rayonunda açılıb. Mağazanın...
read more

KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV İSMAYILLIDA FERMERLƏRLƏ GÖRÜŞÜB

07.05.2019
İsmayıllı rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib. İsmayıllı rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf...
read more

Emal prosesi onlayn rejimdə

04.05.2019
Dövlət Toxum Fondunun Şəki rayonunda yerləşən Toxum Emalı zavodunda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn...
read more