Haqqımızda

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondu ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz etmək, habelə təbii fəlakətə (sel, yanğın, quraqlıq və s.) məruz qalmış bölgələrdə toxuma olan ehtiyacı aradan qaldırmaq, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamı ilə yaradılmışdır

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”-nın icra olunması məqsədilə Dövlət Toxum Fondunun ölkə üzrə taxılçılığın inkişaf etdiyi regionlarda müasir texniki tələblə cavab verən, yüksək həcmli toxum emalını həyata keçirən və avadanlıqlarla təchiz olunmuş toxum emalı zavodları istismara verilmişdir. Zavodlarda emal olunan toxumun keyfiyyətinin yüksək olması üçün toxum materialının bütün parametrlər üzrə müayinəsini həyata keçirən müasir laboratoriyalar qurulmuşdur.

Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təmin etmək məqsədilə, Dövlət Toxum Fondu inkişaf etmiş ölkələrin elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir və yüksək məhsuldar toxum sortlarının ölkəyə gətirilməsini təmin edir.

Eyni zamanda Dövlət Toxum Fondu səmərəlilik, innovativlik və fermerə yaxınlıq prinsiplərini rəhbər tutaraq toxum istehsalçılarına dəstək olur, onlara bu sahədə toxumun seçimindən son məhsulun satışınadək köməklik göstərir.

440
TOXUM SATIŞI (T.)
2313
ƏKİN ALTINDA ƏRAZİ (HA)
35
FERMER SAYI