Akif Əkbər

27.10.2018
Akif Əkbər
Şöbə müdiri

Əkbər Akif Hüseyn oğlu 4 aprel 1963-cü ildə Yevlax şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra ali təhsil biliklərini əldə etmək niyyətilə 1983-cü ildə D. Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olub. 1988-ci ildə N.A. Voznesenskiy adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını bitirib.

Dörd qanunun və dörd Normativ Hüquqi Aktın müəllifi, Vergi və Rəqabət məcəlləsinin yazılması üzrə komissiya üzvü.

 

Əmək fəaliyyəti
1980-1985
Yevlax Yunun İlkin emalı fabrikində Anbardar
1985-1993
Ticarət Nazirliyinin Struktur bölmələrində Anbardar və Əmtəəşunas
1993-1996
Sabunçu Sosial Müdafiə Fondunun müdiri
1996
«Ərzaqavtonəqliyyat» Birliyində baş direktorun iqtisadi məsələlər üzrə Müavini
1998-2001
Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində Şöbə Rəisi
2001-2011
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidmətində Baş Məsləhətçi və İkinci dərəcəli Dövlət Qulluqçusu
2018
Dövlət Toxum Fondunda Toxum İstehsalçıları ilə İş və Marketinq şöbəsinin Müdiri