Emin Rəsulov

27.10.2018
Emin Rəsulov
Sədr müavini

Rəsulov Emin Adil oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2000-ci ildə Şimali Kipr Türk Cumhuriyyətində “Doğu Akdeniz Universitesi”-nin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olub. Bir ildən sonra, təhsili doğma ölkədə davam etdirmək niyyətilə, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin 2-ci kursuna köçürmə yolu ilə qəbul olub. Bakalavr dərəcəsini 2004-cü ildə bitirərək, 2004-2007-ci illərdə həmin təhsil mərkəzinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində qəbul olaraq, fərqlənmə diplomu ilə bitirib.

Əmək Fəaliyyəti
2005-2013
AR Dövlət Neft Fondunda müxtəlif vəzifələr tutub
2014-2016
Bank Standartda müxtəlif vəzifələr tutub
2016 — Bu günə qədər
İmpero Group şirkətində idarəedici tərəfdaş. İFS şirkətində idarəedici tərəfdaş. Food Products İmporters şirkətini təsis edib. Ardmore Capital NY şirkətinin yerli nümayəndəsinin tərəfdaşı. Bolqarıstan-Azərbaycan Ticarət və Sənayə Palatasının İdarə Heyətinin üzvü. Şəbəkə Siğorta şirkətinin Məhsulun İnkişafı üzrə müstəqil məsləhətçisi. Prime Audit və Konsaltinq şirkətinin Biznesin İnkişafı üzrə müstəqil məsləhətçisi. Dövlət Toxum Fondunun Sədr Müavini.